Buffon PSJ-ni tərk etdi

Fransanın PSJ futbol klubu italiyalı qapıçı Canluiji Buffonun komandadan ayrıldığını açıqlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında xəbər verilib.

Qeyd edək ki, italiyalı oyunçu Turinin “Yuventus” klubundan PSJ-yə transfer edib. O, cari mövsümdə 25 matç keçirib.

Buffon həmçinin PSJ-nin heyətində Fransa çempionu olub.

Daha əvvəl bildirilirdi ki, PSJ klubu qapıçı Canluici Buffonla müqavilənin müddətini uzadacaq./Report/