!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Bugünkü durum “Neftçi”yə heç yaraşmır – Futbol mütəxəssisi

!Reklam – Yazi

neftci“Hamı elə bilirdi ki, onlar Azərbaycana ancaq pul üçün gəlir”

Tanınmış futbol mütəxəssisi Arif Əsədov Yeniçağ.Az-a verdiyi müsahibəsində Azərbaycan futbolunun durumu və özünün yeni işi ilə bağlı danışıb:

– Arif müəllim, futbolumuzun hazırkı durumunu necə qiymətləndirirsiniz?

– Hazırda, yerli çempionatın gedişatı göstərir ki, çempionluq uğrunda mübarizə üç komanda – “Qarabağ”, “Qəbələ”, “İnter” arasında gedir. Digər komandalar isə bərabər səviyyədədir.

Deyərdim ki, “Qarabağ” Avroliqada uğurlu çıxış edir. “Qəbələ”nin uğursuzluğu isə onların “Qarabağ” qədər təcrübəli olmamasıdır.

– Bəs çempionatda klubların sayının az olmasının milli komandaya təsiri ilə bağlı nə düşünürsünüz?

Arif Əsədov ile ilgili görsel sonucu– Biz elə fikirləşirdik ki, mənfi təsiri olacaq. Ancaq hər şey göz önündədir. Əsasən “Qarabağ” və “Qəbələ”nin futbolçularından ibarət olan millimiz çıxışı ilə, hətta deyərdim ki, bizi sevindirir. Burada da futbolçuların beynəlxalq oyunlardakı tərcübəsi böyük rol oynayır.

– Millimiz Foqtsun dövründən fərqli çıxış edir. Sizcə, bu uğurlu çıxışın əsas səbəbləri nədir?

– Deyərdim ki, bu, zəncirvari çalışmanın nəticəsidir. AFFA rəhbərliyi baş məşqçini gətirəndə qarşısına tələblər, şərtlər qoyub. Robert Prosineçkinin də işi danılmazdır, o, futbolçulara inam qazandırıb. Təbii ki, burada əsas pay baş məşqçiyə məxsusdur.

O, gələndən bütün futbol ictimaiyyətində özü haqda müsbət rəy yaradıb. Deyərdim ki, Prosineçki çempionat oyunlarını daim izləyib. Və müşahidələri nəticəsində bildi ki, kimi yanında “döyüş”ə apara bilər. Mən deyərdim ki, o, artıq öz oyun fəlsəfəsini də futbolçulara aşılayıb. İndi millimiz Berti Foqtsun vaxtındakından fərqli olaraq tək müdafiədə çıxış etmir. Həm müdafiədə, həm də hücumda yaxşı təsir bağışlayıb.

Əcnəbi məşqçilərin Azərbaycandakı fəaliyyəti belə bir ictimai rəy formalaşdırmışdı ki, onları ancaq pul maraqlandırır və heç nə etmədən də gedirlər.
Bu gün Prosineçki millimizdə uğurlu nəticə qazanırsa, təbii ki, hamı bunu alqışlayır.

– “Neftçi” hazırkı durumundan yaxa qurtara biləcək?

– Düzdür, bugünkü durum “Neftçi”yə yaraşmır. Amma məncə, bu vəziyyət flaqmanda müvəqqətidir. Yəqin ki, buna biganə yanaşmayacaqlar. Hiss olunur ki, hansısa tədbirlər görülür. “Neftçi” 4-cü yer üçün mübarizə apara bilər.

– Arif müəllim, AFFA-dakı işiniz (UEFA-nın məşqçi kurslarında təlimatçı) necədir?

– Düzdür, əvvəllər də bu işdə çalışmışam. Amma bizim əsas işimiz yaşıl meydançadadır. Əlbəttə ki, hansısa klubla, komanda ilə çalışmaq istəyirəm.

– Adınız müxtəlif vaxtlarda “Sumqayıt”, “Şərurspor” və “Mil- Muğan”la hallanmışdı. Amma əslində, heç bir komanda ilə çalışmadız…

– Hansısa klubda uğursuzluq olanda orada məşqçi dəyişikliyinin olacağı deyilir, müəyyən adamların adları çəkilir. Ancaq indi mənim üçün real bir şey yoxdur. O komandalara da uğurlar arzulayıram. İstəməzdim ki, adım baş məşqçisi olan hansısa komanda ilə hallansın. Bu, etik cəhətdən də düzgün deyil.

Şərur komandasından da təklif olmuşdu. Hətta komandanın oyununu da izləmişdim. Klub prezidenti ilə görüşümüz də baş tutmuşdu. Ancaq onda bildirdim ki, 2 gündən sonra çempionat başlayır, komandanı götürməyim düzgün olmazdı. Çünki hansısa bir uğursuzluq birbaşa mənim adıma yazılacaqdı.

Hazırda işimdən razıyam. UEFA-nın məşqçi kurslarında təlimatçı vəzifəsində çalışıram

Aygün İlqarqızı
Yenicağ.Az

www.yenicag.az

638
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv