“Prezidentin rəhbərliyi ilə həyata keçirilən geniştərkibli iclaslar birmənalı şəkildə insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində müsbət mənada dönüş yaradır”
Bu gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib. Konfransda Azərbaycan prezidenti İlham Əliyev çıxış edərək 2015-ci ildə dünyada iqtisadi böhranın daha da dərinləşdiyini, dünya iqtisadiyyatının böhrandan çıxa bilmədiyini deyib. Bundan başqa Prezident demək olar ki, bugün üçün aktual olan bütün problemlərə toxdundu.
Konfransda səslənən fikirlərə münasibət bildirən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov son 1 ayda 3 geniştərkibli iclasın keçirilməsini iqtisadi çətinliklərdən çıxmaq baxımından mühüm əhəmiyyət kəsb etdiyini dedi: “Prezidentin rəhbərliyi ilə həyata keçirilən geniştərkibli iclaslar birmənalı şəkildə insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində müsbət mənada dönüş yaradır. Son bir ayda üçüncü iclasın keçirilməsi problemlərin Prezidentin hansı səviyyədə diqqətində olmasından xəbər verir. Artıq ilk görüşdə qaldırılan problemlər bu görüşə qədər öz həllini tapmışdır. Qiymətləri süni şəkildə qaldırılanlar cəzalandırıldı, əhalinin əsas qida ehtiyacı olan məhsulların qiyməti isə endirildi. Bu da öz növbəsində cəmiyyətdə müsbət qarşılandı. Bu görüşdə prezident bir sıra vacib məqamlara toxunub. Dövlət başçısı qeyd edib ki, ölkəyə daha çox xarici investisiya cəlb olunmalıdır. Onun sözlərinə görə, ümumilikdə Azərbaycanda investisiya mühiti yaxşıdır. Neftin qiymətinin 4 dəfə, qonşu ölkələrin mili valyutalarının 100 faiz dəyərdən düşməsi manatın məzənnəsini sabit saxlamağa imkan vermədi. Ancaq nəzərə almaq lazımdır ki, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Sosial siyasət, dərin iqtisadi islahatlar bizə bu vəziyyətdən də uğurla çıxmağa imkan verəcək. Bu istiqamətdə prezident əlavə sərəncam və fərmanlar da imzalanacağını deyib. Bundan başqa iclasda kənd təsərrüfatının inkişafı üçün də yeni imkanların yaradılması zəruri hesab edilib. Əminəm ki, bu istiqamətdə prezident tərəfindən verilən tapşırıqlar tez bir zamanda səmərəli şəkildə icra olunacaqdır”
Azərbaycan demokratiya yolu ilə sürətlə irəlilədiyini deyə S.Abbasov sabitliyin Azərbaycan nümunəsinin dünya üçün əhəmiyyətli olduğunu dedi: “Bu barədə bugünkü iclasda prezident dəfələrlə vurğuladı. Konfransın ən vacib tərəflərindən biri də prezident tərəfindən məmurlara edilən xəbərdarlıq olub. O, korrupsiyaya qarşı cəza tədbirləri tətbiq olunacağını, yüksək vəzifəli şəxslərin öz vəzifələrini yerinə yetirə bilməyəcəkləri təqdirdə onların cəzalandırılacaqlarını qeyd etdi. Hesab edirəm bu istiqamətdə Vətəndaş cəmiyyəti və media da ictimai nəzarət funksiyasını daha da gücləndirməlidir”
Prezidentin çıxışının 2016-cı ildə geniş islahatların keçiriləcəyinə işarə olduğunu deyən S.Abbasov məmurların öz vəzifə məsuliyyətlərinə daha diqqətli yanaşmalarının vacib olduğunu dedi: “Hesab edirəm məmurlar öz idarəçilik metodlarına yenidən baxmalıdırlar. Tipik sovet məmuru obrazı insanları yorub. İcra başçıları, nazirlər, nazir müavinləri, komitə sədrləri daha sadə, xalqın içində olmalıdırlar. İdarəçilikdə hər şeyi pul həll etmir. Məmurların vətəndaşalara yanaşma tərzi baş verə biləcək problemlərin 50 faizinin həlli deməkdir. Əgər regionlarda kortəbii şəkildə həyata keçirilən etirazlara nəzər salsaq görərik ki, yüksək çinki məmurlardan heç biri xalqın nümayəndəsi ilə dil tapa bilmir. Bu mövcud uçurumdan xəbər verir. Prezident regionlara səfər edərkən gəzinti zamanı sadə vətəndaşlara necə görüşür? Gəncədə kasıb bir ailədən olan uşağın doğum gününü prezident sarayında necə qeyd etdi? Məmurlar xalqla davranış taktikalarında Prezidendən ciddi şəkildə örnək almalıdırlar. Bugünkü konfransı bəzi məmurlar son şans kimi dəyərləndirməlidirlər”