Hər il ingilis dilində yazılmış ən yaxşı romana görə təqdim edilən Beynəlxalq Buker mükafatı 2024-cü il üçün uzun siyahısını (lonq-listi) elan edib.
Yenicag.az xəbər verir ki, nəşriyyatların təqdim etdiyi və 1 may 2023-cü il tarixindən 30 aprel 2024-cü il tarixinədək dərc olunmuş 149 kitab arasından cəmi 13 kitab seçilib.
Bu il münsiflər heyətinə teleaparıcı və jurnalist Eleanora Vaxtel (sədr), şairə Natali Diaz, yazıçı Romeş Qunesekera, vizual rəssam Uilyam Kentric, yazıçı, redaktor və tərcüməçi Aaron Robertson daxildir.
Nominantlar arasında Selva Almadanın “Not a River” (“Çay deyil”), Rodriqo Blanko Kalderonun “Simpatia” (“Simpatiya”), Cenni Erpenbekin “Kairos” (“Kairos”), İya Genberqin “The Details” (“Detallar”), Ursula Qonekin “White Nights” (“Ağ gecələr”), Xvan Sok Yonun “Mater 2-10” (“Mater 2-10”), İsmail Kadarenin “A Dictator Calls” (“Diktatorun zəngləri”), Andrey Kurkovun “The Silver Bone” (“Samson və Nadejda”), Cente Postumun “What I’d Rather Not Think About” (“Ən yaxşısı, bunları düşünməyim”), Veronika Raymonun “Lost on me” (“Məndə yoxa çıxmış”), Dominiko Starnonenin “The House on Via Gemito” (“Via Gemitodakı ev”), Kiçik İtamara Vieyranın “Crooked Plow” (“Əyri kotan”), Qabriella Vinerin “Undiscovered” (“Kəşf edilməmiş”) əsərləri var.
Qalib gələn müəllif və tərcüməçilər 50.000 funt sterlinq (təxminən 64.000 dollar) məbləğindəki mükafatı bölüşəcəklər. Qısa siyahıya (short-list) daxil edilmiş hər kitabın müəllifinə və tərcüməçisinə ümumilikdə 5.000 funt sterlinq (təxminən 6.400 dollar) veriləcək.
Builki qısa siyahı aprelin 9-da elan ediləcək, qalibin adı isə mayın 21-də məlum olacaq./Trend/