Bülənt Arınçın kürəkəni saxlanılıb

TBMM-in keçmiş sədri Bülənt Arınçın kürəkəni sabiq elmi işçi Əkrəm Yetər FETÖ ilə əlaqəsinə görə polis tərəfindən saxlanılıb.

Yenicag.Az Hürriyet-ə istinadən xəbər verir ki, Bülənt Arınç bu hadisədən sonra dərhal açıqlama verib:

“Proses gedir. İnşallah, qısa müddətdə xəbər alacağıq. Kürəkənimizə hər mənada güvənirik. Qətiyyən hər hansısa bir əlaqəsinin olmadığına inanırıq. Onun tezliklə çıxmasını gözləyirik.”

FETÖ ilə mübarizə üçün həyata keçirilən OHAL (fövqəladə vəziyyət) çərçivəsində yayımlanan 2 sentyabr 2016-cı il tarixli qərarla universitetlərdə, ictimai qurumlarda və jandarmlarda çox sayda insan vəzifəsindən uzaqlaşdırılmışdı. Onların içərisində Əkrəm Yetər də var idi. O, Yıldırım Beyazıt Universitetinin Tibb fakültəsinin dosenti idi.

Qeyd edək ki, Əkrəm Yetər 15 iyul çevriliş cəhdindən sonra meydana çıxaraq, demokratiyanın keşiyində dayanmış və şəklini sosial mediadan paylaşmışdı.

Yenicag.Az