Türkiyənin məşhur sənətçisi Bülent Ersoy “donuz qripi”nə yoluxub.
Bu barədə məlumatı sənətçinin İstanbulda müalicə olunduğu xəstəxananın baş həkimi Bülənt Şahin açıqlayıb: “Müayinələr “donuz qripi”nin əlamətlərini göstərir. Türkiyədə bu xəstəlik artıq yayılıb. Bir neçə saat sonra tam dəqiqliyi ilə fikir bildirmək olar”.
Baş həkim bildirib ki, sənətçi xəstəxanaya gətiriləndə vəziyyəti ağır olub.
“Onun vəziyyəti ağır olsa da, həyati təhlükəsi yoxdur”, – deyə həkim bildirib.
Baş həkim onu da qeyd edib ki, B. Ərsoydan sonra anası və sürücüsü də eyni əlamətlərlə xəstəxanaya müraciət edib. Sürücünün vəziyyəti qənaətbəxş olsa da, sənətçinin anasının durumunun ağır olduğu bildirilir.