Bülənt Qorxmazın yeni klubu açıqlandı

“Qalatasaray”ın əfsanəvi futbolçularından Bülənt Qorxmazın yeni klubu bəlli olub.

Yenicag.az xəbər verir ki, gənc mütəxəssis “Antalyaspor”la anlaşıb.

Hamza Hamzaoğlu ilə yollarını ayıran Antalya təmsilçisi Bülənt Qorxmazla çalışmağa üstünlük verib.

Qeyd edək ki, Bülənt Qorxmaz son olaraq “Mersin İdman Yurdu”nu çalışdırıb.