Bülent Yıldırım: “Əsəd Hələbdə yeni qətliama hazırlaşır”

asadSuriya prezidenti Bəşər Əsədin hökumət qüvvələrinin nəzarətinə keçmiş Hələbdə dinc əhaliyə qarşı yeni qırğın törədəciyi bildirilir.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə İnsan Hüquq və Azadlıqları (İHH) Humanitar Yardım Fondunun rəhbəri Bülent Yıldırım bildirib. Onun fikrincə, Suriya prezidenti Bəşər Əsədin “Hələblilər şəhərdən çıxmaq istəmirlər” bəyanatı onun şəhərdə yeni qətliam hazırlığının anonsudur: “Humanitar yardım təşkilatının rəhbəri o796946_detaylaraq, bütün dünyanı xəbərdar edirəm. Bu bəyanat yeni qətliamın “müjdəçisidir”. Hələbdə 90 min əhali qalıb və onlar şəhərdən çıxmaq istəyirlər. Onlardan 40 mini Hələbi tərk etmək üçün küçələrdə, qalanı isə evlərində gözləyir”.
B.Yıldırım əlavə edib ki, Hələbdə əldə olunmuş anlaşma artıq pozulub. O, Əsəd rejiminin Hələbdə dinc əhalinin qalmadığını, oradakı insanların yalnız hərbçilər olduğuna dair iddiasını oradakı insanlara qarşı yeni qırğın törədilməsinin əlaməti kimi qiymətləndirib: “Rusiyanın Müdafiə Nazirliyi də eyni bəyanatla çıxış edib. Bu, çox böyük bir təhlükədir. Ancaq onlar əhalinin şəhərdən çıxmasına mane olaraq, hazırladıqları qırğına qanuni don geydirmək istəyirlər. Ona görə də bütün dünya liderlərinə, vətəndaş cəmiyyəti qurumlaırna səslənərək, bu təhlükənin qarşısını almaq üçün təcili hərəkətə keçməyə çağırıram”.

Yeniçağ.Az

COP29