Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Bulvar gecə saat 4-dən səhərə qədər, çimərliklər isə..." - Operativ Qərargaha TƏKLİF

“Operativ Qərargaha təklif edirəm ki, gecə saat 4-dən səhər saat 8-ə qədər insanların bulvarda sərbəst, yəni icazə almadan gəzintisinə şərait yaradılsın. Məsafə saxlanmaq şərtilə. Eyni zamanda, əhalinin D vitamini qəbul etmək üçün xüsusi nəzarət altında çimərliklərə getməsinə icazə verilsin”.

Bunu Yenicag.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri, ekspert Eyyub Hüseynov bildirib.

Ekspert insanların virusa qarşı mübarizədə immun sisteminin gücləndirilməsində dəniz və havanın vacib olduğunu əsas gətirib:

“İnsanların koronavirusla mübarizə aparmaq üçün immunitetləri yüksək olmalıdır. Xüsusən də, yay fəslində insanlar D vitamini qəbul etməli və fiziki aktivliyi artırmalıdır. Sərt karantin rejimində bu, mümkün deyil. Belə olan halda, hansı immunitetdən danışmaq olar? İnsanlar yay fəslində buna nail olmasalar, koronavirusa qalib gələ bilməyəcək. Ən azı günəş vannası qəbul olunmalı, təmiz havada gəzməli və fiziki aktivlik nəticəsində orqanizmini gücləndirməlidir. Evdə oturmaqla bu, mümkün deyil. Bakı bulvarı dünyada məşhurdur və hər zaman insanlar dəniz kənarında gəzib, təmiz hava alıblar. Anlayıram, bu, gündüz mümkün deyil, amma gecəyarısı gəzinti mütləq lazımdır. Fiziki aktivlik üçün gecə velosiped gəzintisi də təşkil etmək olar”.

Cəvahir

www.yenicag.az

494
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100