“Bulvara girişlə bağlı məhdudiyyətin aradan qaldırılması Operativ Qərargahın qərarından asılıdır. Nə vaxt qərar verilsə, bulvara girişə qoyulan məhdudiyyət o zaman aradan qaldırılacaq”.
Bunu Yenicag.az-a açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı bildirib.
Onun sözlərinə görə, qərar paytaxt ərazisində olan parklara şamil olunmur:
“Xüsusi karantin rejiminin yumşaldılması ilə bağlı qərarda bulvara girişə qoyulan məhdudiyyətin aradan qaldırılması ilə bağlı bənd yoxdur. Operativ Qrargahın qərarı Bakıdakı park və bulvara aid deyil”.
Cəvahir