Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bulvarda daşlar sökülür

83682Dənizkənarı Milli Parkda yenidən söküntü-tikinti işləri başlayıb. Bir müddət əvvəl təmir olunan Milli Parkın bir hissəsi yenidən insanların üzünə qapanıb.

Məsələyə münasibət bildirən Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib ki, görülən işlər plan üzrə aparılır. Onun sözlərinə görə, Dənizkənarı Bulvar ərazisində ilk dəfə-2008-ci ildə döşənən daş örtük hissə-hissə yenilənir:

“Əvvəllər Bulvar ərazisində qatarların hərəkəti nəzərdə tutulmamışdı. Bundan başqa 2015-ci ildə Yay Olimpiya oyunları ərəfəsində qonaqlar çox olacaq. Onları qatarlar vasitəsilə Bulvarın bir başından o biri başına aparmaq lazım gələcək. Ona görə keçən ildən başlayaraq qış aylarında hissə-hissə ərazilərin daşlarını dəyişirik. Keçən il bununla bağlı açıqlama vermişdik ki, bu işlər gələn il qışda davam edəcək. Çünki yaz, yay, payız aylarında insan axını çox olur. Qışda isə gəzintiyə gələnlərin sayı azalır. İnsanların istirahətinə mane olmamaq üçün qışda hissə-hissə işlərə davam edirik. Bu qışda bir neçə hissədə işlər davam etdiriləcək. Bulvar ərazisində nəzərdə tutyulan minik maşınları və qatarların keçəcəkləri ərazilərdə o yerlərin altı möhkəmləndirilir. Həm də daha möhkəm daşlar döşənir”-deyə Nazim Məcidov bildirib.

İdarə rəisinin müavini milyonlar hesabına ərsəyə gələn bu layihədə qatarların hərəkətinin niyə nəzərdə tutulmaması, bahalı daşların niyə 6 ilə yararsız hala düşməsi suallarına isə cavab verməyib. (aznews.az)

Loading...

www.yenicag.az

503