Bulvarda təhlükəsizlik tədbirləri gücləndirilib

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə bağlı Bulvar idarəsi gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə AzVision.az-a Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsinin direktoru Rəfael Niftəliyev bildirib.

Onun sözlərinə görə, idarənin bütün struktur bölmələri artıq sutkalıq iş rejiminı keçib:

“Bayram şənlikləri və tədbirlər başa çatanadək gücləndirilmiş rejimdə çalışacağıq. Mühafizə xidmətinin əməkdaşları Post Patrul Xidməti ilə birgə Bulvar ərazisində fəaliyyət göstərəcəklər. Bulvara təşrif buyuran xarici qonaqların təhlükəsizliyinə tam zəmanət veririk. Onların təhlükəsizliyini və asayişin qorunmasını təmin edəcəyik”.

R.Niftəliyev qeyd edib ki, Yeni il axşamı Bulvar ərazisində möhtəşəm atəşfəşanlıq və konsert proqramı olacaq.

COP29