Bulvarda tramvay olacaq

314615“Azərbaycanda alternativ enerji mənbələri kifayət qədərdir”.

“Böyük Bakının Regional İnkişaf Planı” layihəsində 92,3 kilometr uzunluğunda metro xəttinin çəkiləcəyi nəzərdə tutulur. Mövcud metro xətlərinin uzunluğu isə 34,7 kilometr təşkil edir. Bu, onu göstərir ki, layihə müəllifləri və şəhərsalma üzrə mütəxəssislər metronun inkişafına daha böyük üstünlük verirlər.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayevmetronun şəhər nəqliyyatında çox mühüm rol oynadığını bildirib.

C.Qocayev deyib ki, metro digər nəqliyyat növləri, o cümlədən elektrik qatarı ilə müqayisədə əlavə ərazi tələb etmir:

“Yəni, heç bir tarixi abidə və tikili sökülmədən yerin altı ilə yol çəkilir. Məhz bu baxımdan metro tikintisinə layihədə xüsusi önəm verilir. Elektrik qatarı üçün isə müvafiq yol çəkilməlidir. Bununla belə, ən səmərəli yerüstü nəqliyyat elektrik qatarı hesab olunur. Şəhər ətrafında nəqliyyatın bu növü geniş tətbiq edilir”.

Şöbə müdiri qeyd edib ki, gələcəkdə paytaxtda, Dənizkənarı Bulvar ərazisində ekoloji cəhətdən təmiz olan tramvaydan da istifadə ediləcəyi istisna deyil:

“Dünyada getdikcə tükənən neft ehtiyatları mütəxəssisləri daha çox alternativ enerjidən istifadə etməyə sövq edir. Azərbaycanda isə alternativ enerji mənbələri kifayət qədərdir. Təbii ki, nəqliyyatda da bu enerjidən istifadə olunacağı gün uzaqda deyil”. (azertag.az)