!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bulvarda Yeni il konsertləri başlayır

!Reklam – Yazi

Dənizkənarı Bulvar İdarəsi Azərbaycan Televiziyası ilə birlikdə yeni layihəyə başlayır.

Bulvar İdarəsindən Yenicag.az-a verilən məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl bayramı ərəfəsində start götürəcək layihə çərçivəsində ilk konsert dekabrın 29-da Kukla Teatrının arxasında yerləşən meydanda keçiriləcək.

“Yeni il gəlir” adlı bayram tədbirinə saat 12-də uşaq musiqi kollektivlərinin iştirakı ilə baş tutacaq konsertlə start veriləcək. Saat 18-də isə Azərbaycan Televiziyasının musiqi kollektivləri və solistlərinin iştirakı ilə geniş konsert proqramı təqdim olunacaq. Konsertin məhz bu tarixdə keçirilməsi təsadüfi deyil. Dekabrın 29-da Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə Bakı Bulvarına Dənizkənarı Milli Park statusu verilməsinin 20-ci ildönümüdür.

Qeyd edək ki, birgə layihə il ərzində davam edəcək. Müxtəlif əlamətdar tarixlərdə musiqi kollektivlərinin iştirakı ilə müxtəlif janrlarda konsetlər təşkil olunacaq. Layihənin reallaşdırılmasında məqsəd Azərbaycan mədəniyyətini və musiqisini təbliğ etməkdir.

www.yenicag.az

3128
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv