!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Buna bir əncam çəkin, çıxarın onları Bakıdan" - Firadan SƏRT ETİRAZ

!Reklam – Yazi

“Belə getsə, Bakı şəhəri yaxın illərdə qarışqa yuvasına dönəcək. Avtomobillərin sayı getdikcə artacaq və bu da tıxac problemini daha da sürətləndirəcək. Buna bir əncam çəkilsin”.

Bunu paytaxtın tıxac problemindən cana doyduğunu bildirən tanınmış aparıcı Fira Cəlilova Yenicag.az-a açıqlamasında deyib.

Fira insanları bezdirən və hər gün çətinliklərlə qarşı-qarşıya qoyan tıxac problemindən çıxış yolunu da açıqlayıb:

“Bakı şəhərindəki tıxaclar insanların əsəblərini tarıma çəkib. Buna bir əncam çəkən də yoxdur. Hər dəfə deyirlər, müzakirə edirlər, amma nəticə yoxdur. Yeraltı tunellər tikilməlidir ki, bu problemin öhdəsindən gələ bilək. Bu qədər yerüstü körpülər tikildi, amma nə olsun, yenə də tıxac probleminin qarşısı alınmadı. Bunun həlli yolları da var, deyim, əməl etsinlər.
Nə olar ki, beş illik plan hazırlayıb bu ali təhsil ocaqları paytaxt ərazisindən çıxarılsın. O qədər dilbər güşələrimiz var ki, orada yerləşdirilsin. Tələbə şəhərcikləri tikilməlidir, o şəhərciklərdə yataqxanalar olmalıdır. Tələbə biləcək ki, onun həmin şəhərcikdə yaşamaq üçün gözəl şəraiti var. Şənbə-bazar da istəsə gəlib ailəsi ilə göürşə bilər. Türkiyədə də bu təcrübədən istifadə olunur. Qardaş ölkədə tələbə şəhərcikləri var.

Belə getsə, Bakı şəhəri yaxın illərdə qarışqa yuvasına dönəcək. Avtomobillərin sayı getdikcə artacaq və bu da tıxac problemini daha da sürətləndirəcək. Buna bir əncam çəkin”.

Cəvahir

www.yenicag.az

591
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv