Əməkdar artist Nigar Şabanova şəxsi həyatından danışıb.
Yenicag.az xəbər verir ki, müğənni ikinci dəfə ailə qurmaq istədiyini, lakin bu addımı atmaqdan çox qorxduğunu bildirib:
“Çox istəyirəm ki, həyatımın ikinci baharı bir ömürlük olsun. Amma ehtiyat edirəm, addım atmağa çox qorxuram. İnam, güvən itib. Ya yarıda qalarsa, ya sözünün ağası olmazsa… Bu həyatı yaşamışam deyə qorxuram. Çünki ikinci dəfədir… Bilirəm ki, yaxın gəlmək istəyənlər çoxdur”.
ARB-nin”Şou Nyus” verilişindən olan görüntüləri təqdim edirik:
Nehru