“Həyat yoldaşım kameranı sevmir”.
Yenicag.az xəbər verir ki, bu sözləri Xalq artisti, müğənni Gülyanaq Məmmədova “Həmin Zaur” verilişində deyib.
Şəxsi həyatını efirlərdən uzaq tutmağa çalışdığını deyən Gülyanaq evində çəkilişlərə qarşı olduğunu bildirib:
“Şəxsi həyatımı efirə gətirmək niyyətində olmamışam. Xalqa səsim və ifalarım aiddir. Həyat yoldaşım da kameranı sevmir. Verilişlər evdə çəkiliş etmək istəyir, razılıq verməyəndə də məndən inciyirlər. Evimə gəlin, amma kamerasız”.
Nehru