Buna səssiz qala bilməzdik və səssiz qalmadıq – Ərdoğan

Türkiyə dost və qardaşlarının hüquqlarını qorumaq üçün də güclü olmaq məcburiyyətindədir.

Yenicag.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Arlıq dənizinin şərqində baş verən bütün proseslərin yükünü daşıyan ölkəmizin təbii sərvətlər müzakirə mövzusu olanda, görməzlikdən gəlinməsi ilə razılaşa bilməzdik. Aralıq dənizinin şərqindəki araşdırmalarımızla bağlı xoş xəbərlər alacağımıza inanıram.

Türkiyə dost və qardaşlarının hüquqlarını qorumaq üçün də güclü olmaq məcburiyyətindədir. Biz 780 min kilometrdən də böyük bir ölkəyik. Türkiyə istəsə də Bosniyadan, Arakandan üz çevirə bilməz. Bir millət, iki dövlət şüarını paylaşdığımız Azərbaycan torpaqlarının işğal edilməsinə də səssiz qala bilməzdik və səssiz qalmadıq”, – Ərdoğan qeyd edib./Teleqraf.com/