Bundesliqa ilə bağlı qərar verildi – RƏSMİ

Koronavirus pandemiyasına görə dayandırılan Almaniya Bundesliqası aprelin 2-də bərpa olunmayacaq.

Yenicag.az xəbər veir ki, bu barədə Almaniya Futbol Liqasının prezidenti Kristian Zayfert məlumat verib.

Məlumata görə, çempionatın bərpa müddəti aprelin 30-dək təxirə salınıb.

Qeyd edək ki, bundan əvvəl Almaniya Bundesliqası və ikinci Bundesliqasının oyunları aprelin 2-dək təxirə salınmışdı.