Bundesliqa matçını idarə etdi, tarixə düşdü – VİDEO

Bu gün Almaniya Budesliqasının 3-cü turu çərçivəsində keçirilən “Herta” – “Verder” matçı tarixə düşüb.

Yenicag.az xəbər verir ki, bu ölkənin futbol çempionatında ilk dəfə qadın referi oyun idarə edib. Bu mənada sözügedən oyunun baş hakimi Bibiana Ştaynhaus ilkə imza atıb. 38 yaşlı hakimdən öncə əsas Bundesliqada qadın ədalət təmsilçisi oyun idarə etməmişdi.

Karyerasına 1999-cu ildən başlayan Ştaynhaus, 2005-ci ildən FİFA referisi statusunu daşıyır.

Qeyd edək ki, onun idarə etdiyi “Herta” – “Verder” matçında qalib müəyyənləşməyib – 1:1.