Futbol üzrə Almaniya Bundesliqasının 13-cü turunun “Borussiya” (Dortmund) – “Şalke” matçında maraqlı hadisə yaşanıb.
Yenicag.az xəbər verir ki, azarkeşlər bu qarşılaşmada 8 qol izləyiblər. Maraqlı məqam burasındadı ki, ilk 25 dəqiqədə 4 cavabsız qol vuran meydan sahibləri fasiləyə elə bu üstünlüklə yollanıblar. Fasilədən sonra isə “Şalke” “işə düşüb”. Qonaqlar da qalan dəqiqələrdə bir o qədər qol vurmaqla inanılmaz geridönüş ediblər.
Bu oyundan hazırlanmış videoreportajı təqdim edirik: