“Söhbət erməni kəndlərindən getmir”.
Yenicag.az xəbər verir ki, bunu martın 19-da parlamentdə jurnalistlərlə söhbətində hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Ovik Aqazaryan deyib.
Jurnalistlər bu gün ondan kəndlərin köçürülməsi ilə bağlı narahatlığınız olub-olmadığını soruşub.
“Biz erməni kəndlərindən danışmırıq”, – deyə Aqazaryan cavab verib.
Jurnalistlərin “əgər onlar erməni kəndləri deyilsə, bəs niyə Ermənistanın nəzarəti altındadırlar?” sualına deputat belə cavab verib:
“Başqa sualınız varmı?”.
Bundan sonra o, digər sualları cavabsız qoyaraq oranı tərk edib.
Xuraman Etibarlı