!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bunlar olmasa – batdıq…

!Reklam – Yazi

скачанные файлыRəşad Həsənov: “Gömrük sistemi liberallaşdırılmalı, kiçik və orta sahibkarlığın təşviqi proqramları həyata keçirilməlidir”

Qarşıdan 2016-cı il gəlir. Hansı ki, gələn ilin büdcəsi bu ilkinə nisbətən 25 faizə qədər az olacaq. Bundan başqa, dövlət büdcəsinin formalaşmasında başlıca rol oynayan neftin qiyməti də kəskin şəkildə düşür və bu enmənin növbəti ildə də davam edəcəyi daha çox gözlənilir. Bütün bunlar onu deməyə əsas verir ki, gələn il ölkəmiz üçün iqtisadi və digər sferalarda heç də rahat keçməyə bilər. Görəsən, bu fonda ölkə daxilində iqtisadi baxımdan hansı islahaltlar keçirilməli, hansı addımlar atılmalıdır ki, Azərbaycan gözlənilən çətinliklərdən yaxa qurtarsın, heç olmasa cüzi itkilərlə çıxa bilsin?

Yenicag.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, ölkədə bir sıra sahələr üzrə ciddi islahatlar aparılmalıdır ki, növbəti ildə gözlənilən çətinliklərdən az itki ilə çıxa bilək: “Düşünürəm ki, 2016-cı il Azərbaycan iqtisadiyyatı üçün heç də asan il olmayacaq. Neftin qiymətinin ucuzlaşması ilə ölkəyə gələn gəlirlərin azlması fonunda gözlənilən çətinliklərin neytrallaşdırılması istiqamətində müəyyən addımların atılması zəruridir. İlk növbədə müəyyən istiqamətlərdə ciddi islahatlara ehtiyac vardır. Gömrük sistemi də liberallaşdırılmalıdır. Habelə kiçik və orta sahibkarlığın təşviqi proqramları həyata keçirilməlidir. Gömrük sistemində təkmilləşdirmələr həyata keçirilməsə, hazırkı status-kvo qorunub saxlanılsa, inhisarçılıq meylləri güclü olaraq qalmaqda davam etsə, bütün bunlar öz növbəsində növbəti dövrlərdə Azərbaycanın daxili bazarında rəqabətin bazar qaydalarına uyğun olmamasını və rəqabət mühitinin zəifliyini qoruyub saxlamaq demək olacaq. Bu da inkişafı ləngidən, eyni zamanda, sahibkarlıq təşəbbüskarlığını aşağı salan amillərdəndir. Digər bir tərəfdən, kiçik və orta sahibkarlığın təşviqi məsələsi də önəmlidir. Bu sektorda fəaliyyət göstərənlərin sayı çoxdur. Xüsusən də xidmət və ticarət sektorunda fəaliyyət göstərməyə cəhd edən investorlarımız da var. Lakin hazırkı məqamda onların qarşısında müəyyən problemlər var ki, o da ilkin kapital, rəsmi prosedurlar, növbəti dövrlərdə iqtisadiyyatın hansı istiqamətdə inkişaf etməsilə bağlı informasiyalarla bağlıdır.
Bu istiqamətlərdə hökumət müəyyən addımlar atmalı və çalışmalıdır ki, vətəndaşların iqtisadi təşəbbüskarlığı artsın. Diferensial vergi siyasətinin həyata keçirilməsinə də ehtiyac var. Neftin qiymətinin ucuzlaşmasından sonra rəsmi dairələrin büdcə gəlirlərində qeyri-neft sektorunun vergi yükünü artırmağa çalışdığını müşahidə edirik. Amma düşünürəm ki, bu addım vergi dərəcələrinin artırılması hesabına deyil, vergi bazasının genişləndirilməsi hesabına baş verərsə daha çox effekt verər. Çünki vergi dərəcələrinin artırılması böhranlı dövrdə sahibkarlıq fəaliyyətini çətinləşdirən addımlardandır və eyni zamanda gəlirlərin azalmasına gətirib çıxarır. Bu da öz növbəsində təşəbbüskarlığı aşağı salır və innovasiya meyllərinin ağırlaşmasına gətirib çıxarır. Belə olan təqdirdə də ölkə iqtisadiyyatı çətinliklərdən zərərin azaldılması istiqamətində hansısa uğur əldə edə bilməz”.

ELÇİN

www.yenicag.az

587
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv