Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bunları acqarına etməyin – 4 ZƏRƏRLİ VƏRDİŞ

Sağlamlığımıza ciddi təhlükə yaradan gündəlik vərdişlərimizə əksər hallarda əhəmiyyət vermirik. Xüsusən də qarın ac olarkən, faydasını və zərərini düşünmədən təkrarladığımız 4 vərdiş bizi arzuedilməz nəticə ilə üzləşdirər.

Yenicag.az insan orqanizmi üçün zərərli olan 4 vərdişin doğura biləcəyi nəticələri təqdim edir:

– Faydalı tərkibə malik olan və enerji verən qəhvəni acqarına içmək zərərli vərdişə çevrilə bilər. Qəhvədəki kofein təmizlənmiş olsa da, mədənin turşuluq dərəcəsini artırır və yanma hissi yaradır. Bu zaman çaya üstünlük vermək tövsiyə olunur.

– Sitrus meyvələrinin şirəsində bol miqdarda vitamin, mineral və orqanizim üçün faydalı elementlər var. Lakin bu şirələri acqarına qəbul etməyin. Çünki qastrit və ya həzm problemləri olan şəxslərin mədə turşuluğunu qıcıqlandıra bilər. Yox, əgər acqarına içmək istəyirsinizsə, meyvə şirələrini eyni miqdarda su ilə qarışdırın. Bu cür meyvə şirələrini daha çox səhər yeməyində içmək məsləhətfir

– Acqarına aspirin, asetaminofen və steroid olmayan anti-inflamatuar dərmanlar qəbul etmək olmaz. Bu, ciddi həzm problemləri yaradır. Tərkibindəki maddələr hətta mədə qanaxmasına gətirib çıxarır. Bu cür dərmanların təsirini azaltmaq üçün onları südlə içməynizdə fayda var. Süd yoxdursa, bol su ilə qəbul edin.

– Ac halda idman etmək də zərərlidir. Çünki boş mədəyə idman etdikdə, daha çox kalorinin yandırılması haqda deyilənlər doğru deyil. Boş mədədə nə qədər kalori ola bilər ki? Əksinə, acqarına idman edərkən, bədəndəki əzələ kütləsi azalır.

Firuzə Alimova

www.yenicag.az

1472
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM