“Əzadarlıq məclislərində baş yarmaq, qan çıxarmaq, zəncir vurmaq kimi davranışlardan uzaq olmaq lazımdır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında sentyabrın 10-na düşən Aşura mərasimlərində iştirakçıların məqbul sayılan davranışları barəsində danışan “Məşədi Dadaş” məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli deyib.
Hacl Şahinin sözlərinə görə, Aşurada xurafatçılığa yol açan hərəkətlərdən çəkinmək lazımdır:
“Aşura günü təşkil olunmuş əzadarlıq məclislərində ifrata varan davranışlar hadisənin mahiyyətinə kölgə salır. Çünki bu davranışlar xurafatçılığa səbəb olur”.
İlahiyyatçının Aşura günü həyata keçirilməsi məqsədəuyğun sayılan davranışlarla bağlı tövsiyələri ilə aşağıdakı videomaterialdan tanış ola bilərsiniz:
Ayan Ağayeva