Hindistanın Kalküta şəhərində inşaatın bünövrəsi qazılan zaman şok mənzərəyə rast gəlinib.
Yenicag.az xəbər verir ki, qazıntı işləri zaman 14 uşağın cəsədi tapılıb.
Kalküta bələdiyyəsinin sədri Sovan Şattejeenin sözlərinə görə, cəsədlər bağlanmış halda iki ayrı torbalarda tapılıb. Qurum rəsmisi meyitlərin kimyavi maddəyə batırıldığını bildirib.
Yerli hüquq-mühafizə orqanları bölgədə abort şəbəkəsində şübhələnirlər. Lakin hələlik bununla bağlı heç bir sübut yoxdur.
Meyitlər müayinə üçün ekspertiza mərkəzinə aparılıb.