“Azərbaycanla birlikdə TANAP-ı qurduq. Həm Azərbaycan, həm də biz fəaliyyətimizi davam etdiririk”.
Yenicag.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın çıxış edib.
TANAP-ın tutumunin ikiqat artacağını söyləyən Kalın Rusiya-Ukrayna müharibəsinin bitməsindən sonra infrastruktur sərmayələrinin Türkiyəyə qayıdacağını vurğulayıb.