!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bunu mütləq edin, yoxsa koronavirusdan da ağır xəstəliyə yoluxacaqsız - HƏYƏCAN TƏBİLİ

!Reklam – Yazi

“Əldə etdiyimiz məlumata görə, insanların işlədib atdıqları tibbi tullantılar – əlcək, maska və spirt şüşələri təkrar istifadə olunur. Bu, koronavirusdan da ağır xəstəliklərin yayılmasına rəvac verə bilər”.

Bunu Yenicag.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Ekspertin sözlərinə görə, belə halların qarşısının alınması üçün insanlar davranışlarında dəyişikliklər etməlidir:

“Dəhşətli haldır ki, insanlar işlətdikdən sonra zibil yeşiklərinə atdıqları
maska və əlcəkləri təkrar istifadə olunur, spirt şüşələrinə yenidən spirt doldurularaq satılır. Bunun qarşısı alınmasa, ağır fəsadlara gətirib çıxaracaq. Elə yoluxucu xəstəliklər var ki, insan sağlamlığına koronavirusdan da ağır təhlükə yarada bilər. Bunun qarşısını almaq üçün insanlar davranışlarını dəyişməli, tibbi tullantıları yararsız hala saldıqdan sonra atmalıdır; tibbi maska, əlcəkləri cıraraq, spirt şüşələrini sındıraraq, əzərək tullamalıdırlar. Belə olan halda bu cür təkrar istifadə mümkün olmayacaq və təhlükənin qarşısı alınacaq”.

Cəvahir

www.yenicag.az

1599
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv