“Bunu ona bağışlamayacam” – “Faytonçu” Nazimin ailəsi şokdadır

Müğənni Nazim Pişyarinin onu əməliyyat edən həkim Elman Əzimovla məhkəmə çəkişməsi davam edir.

Yenicag.az-a açıqlama verən müğənni cümə günü məhkəmənin tibbi ekspertiza əsasında rəy verəcəyini bildirib:

“Cümə günü Səhiyyə nazirliyinin rəyinə əsasən, məhkəmə-tibbi ekspertizasının yekun rəyi bilinəcək. Ədalətin bərpa olunacağına əminəm. Mən vaxtında o həkimə dedim ki, gəl, söhbət böyümədən məsələni öz aramızda həll edək. Amma o pulu verməkdən boyun qaçırtdı. İndi o adamın mənimlə danışmasını istəmirəm. İndi zəhmət çəksin, mənə vurduğu mənəvi və maddi ziyanı ödəsin. Ailəm hələ də şokdan çıxmayıb. Özüm dəhşətli xəbərin təsirindən o dünyanı görüb gəldim. Əlimdə-ovcumda nə qədər pulum vardı, həkimlərə getdi. 100 mindən artıq pul xərcləmişəm. Gətirib 100 minimi versin. Həmin vaxt toylardan, efirlərdən uzaq düşdüm, xəstəxanalarda boşuna keçirtdiyim günlərdə pul qazana bilərdim. İndi sıfırdan başlayıram. Mən bunu ona bağışlamayacam. Məhkəməni gözləyirəm…”

Müğənni səhhətinin də yaxşı olduğunu deyib:

“Artıq pis günlərim arxada qaldı, şükür, yaxşıyam, sağlamlığımda heç bir problem yoxdur”.

Cəvahir

COP29