Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndində olan evin qarşısındakı barelyefi oğurlanıb.
Yenicag.az-a məsələ ilə bağlı açıqlama verən Novxanı Bələdiyyəsinin Sədri Şahin Tağıyev bildirib ki, bu, qəsdən törədilmiş əməldir:
“Onu götürən kimdirsə, 1-2 saat ərzində bütün saytlara yayıb. Bunu qəsdən ediblər. Məsələ ilə bağlı polisə müraciət olunub. Tapılmasa, gərək özümüz yenisini hazırladaq”.
Qeyd edək ki, bu barədə xəbəri ilk modern.az yazıb.
Emin Səfərov