Bunu törədən insan ola bilməz! Yaşyarımlıq körpəyə təcavüz edildi

Türkiyənin Şanlıurfa vilayətində dəhşətli hadisə yaşanıb.

Yenicag.az “Haber Global”a istinadən xəbər verir ki, evlərinin yaxınlığında oynayan yaşyarımlıq qız uşağı bir müddət sonra yoxa çıxıb. Ərazidə axtarış aparan uşağın yaxınları qızı istifadəsiz təndirxananın içində huşsuz vəziyyətdə tapıblar.

Xəstəxanaya aparılan qız reanimasiyaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə gələn jandarm əməkdaşları qıza təcavüz etməkdə şübhəli bilinən 16 yaşlı oğlanı saxlayıb. Məhkəməyə çıxarılan şübhəli həbs edilib.