Bunun adı MÖCÜZƏDİR: Öldükdən 45 dəqiqə sonra həyata döndü

ABŞ-nin Baltimor şəhərində möcüzə hesab edilə biləcək hadisə baş verib.

Yenicag.az ABŞ mediasına istinadən xəbər verir ki, qolf oynadığı zaman qızının doğum xəbərini alan Keyti Peyten adlı qadın həyəcandan infarkt keçirib.

Təcili xəstəxanaya aparılan qadının tibbi ölümü gerçəkləşib. 45 dəqiqə boyunca Peytendə həyat əlaməti müşahidə edilməyib, ürəyi dayanıb, nəbzi atmayıb.

Ancaq həkimlər mübarizədən əl çəkməyərək ona ürək masajı (CPR) ediblər. Masajın 45-ci dəqiqəsində Peyten həyata geri dönüb.

Onu dirildən həkimlər bunun tibbi nəticə, yoxsa möcüzə olduğunu isə insanların öhdəsinə buraxdıqlarını söyləyiblər.