“Bunun adı vandalizmdir, vəhşilikdir” – Millət vəkilindən SƏRT ÇIXIŞ

“Həmin ananın hərəkətlərində zorakılıq olduğu üçün ona qarşı cinayət işinin açılması doğrudur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Bakıda 9 yaşlı uşağın anası tərəfindən evdə zəncirlənməsinə münasibət bildirən millət vəkili Fəzail Ağamalı deyib.

Fəzail Ağamalının sözlərinə görə, uşağın nadincliyin valideynə onu zəncirləmək üçün əsas vermir:

“Təbii ki, bu məsələdə mən də o ananı ittiham edirəm, doqquz yaşlı uşağı necə günahlandırmaq olar? Ananın övladına qarşı həmin hərəkətini qınayıram və bunu vəhşilik kimi qiymətləndirirəm.

Bu, ananın öz uşağına həm fiziki, həm də psixoloji təzyiqidir. Mən də hesab edirəm ki, qadının məlum hərəkətlərində zorakılıq olduğu üçün ona qarşı cinayət işinin açılması doğrudur.

Bilmirəm, o ananın psixoloji durumu qaydasındadır, ya yox, çünki görünməmiş bir hərəkətə yol yol verib. Bunun adı vandalizmdir, vəhşilikdir”.

Samirə