Bura ərəb səhrası deyil… – FOTOLAR

Çinin Dunhuanq şəhərinin cənubunda yerləşən Qobi səhrasındakı Crescent (aypara) gölü görənləri təəccübləndirir.

Yenicag.az xəbər verir ki, yüzillərdir səhrada olan gölün yaşıllığı və təbiiliyi olduğu kimi qalır.

2000 illik səhrada aypara şəkilində olan göl Dunhuanqdan 6 km uzaqlıqdadır.

1960-cı illərdə dərinliyi 5 metr olsa da, 30 il sonra gölün quruması nəticəsində yarım metrə qədər azalıb.

2006-cı ildə isə yerli mühəndislər gölün dərinliyini artırmağı bacarıblar.

Qeyd edək ki, Crescentin uzunluğu 218, eni isə 54 metrdir.






COP29