Bura qadınların girişi qadağandır: Xristianlıqdan doğan qəribə adət – FOTO

Bura dünyada qadının olmadığı yeganə məkandır.

Yenicag.az xəbər verir ki, söhbət Afon yarımadasından gedir.

Əhalinin əsasını rahiblər təşkil etdiyi yarımadada 20 monastr var.

Burada yaşayanların əsas gəliri zeytun və üzümdən əldə edilir. Afon əhalisinin hamısı kişilərdən təşkil olunub.

Afona qadınlarla yanaşı, dişi heyvanların da girişi qadağandır. Bu addım xristian din adamlarının bakirlik andını pozmaması üçün atılır.

Bildirilir ki, bu, andı pozmamağın ən asan yoludur. Maraqlıdır ki, qadağa min ildən artıq davam edir. Qeyd edək ki, Afona səfər etmək istəyənlər əvvəlcə pasportunun bir nüsxəsini aidiyyatı quruma göndərməlidir. Gələn qonaq isə sadəcə, 3 günlük qəbul edilir./Qafqazinfo/

COP29