Bura zibil atmayın! Bura vətəndi! – FOTOLAR

Ulu baballarımızdan bizə gəlib çatan bir öyüd var, “Torpağı qorumasan onu əkib becərməyə dəyməz!” Sözün hər anlamında, əgər Yurdunu, elini, obanı, sahib olduğun torpaqları üzləşə biləcəyi hər təhlükədən qoruya bilmirsənsə demək ki, yurd sevgin, vətən sevgin gerçək sevgi deyil.

44 Günlk Vətən Müharibəsi zamanı şəhid qanıyla sulandı Yurd torpaqlarımız. Bu Vətənin hər qarışı uğrunda savaşa gülə-gülə, qorxmadan getdi igid oğullarımız düşmənlə döyüşə. Cəng meydanında nə sarsıldı, nə qorxdu, nə də geri dönmək barədə düşündü. Hər günü, hər saatı, hər dəqiqəni, saniyələri belə qənimət bilib 30 il düşmən tapdağı altında qalan, illərlə talan edilmiş yurd yerlərimizi azad etdi Azərbaycan əsgəri. Torpaqlarımızı azadlığa qovuşdurub özləri əbədiyyətə qovuşan şəhidlərimiz milliyətindən, dinindən, doğulduğu yerdən asılı olmadan canları bahasına qorudular bu torpaqları. Qorudular ki, bütün dünya bilsin bu Yurdun əsl sahibləri kimlərdir. Qorudular ki, çağlasın, yaşam dolu olsun bu yurd, bu məmləkət.

… Belə əzizdi Vətən torpağı. Hər qarışında bir igidinin izi var. Buna görə yerə bir zibil atanda bir dayan, bir az düşün, gör o yerlərdə hansı şəhidin ayaq izləri ola bilər, hansı qəhrəman vətən oğlunun uşaqlığı keçib orada. Qıyma tullantılar altında qalsın o izlər!…

Oktyabrın 2-də Qafqaz TV-nin təşkilati dəstəyi və “Çölçü” İB-nin təşəbbüsü ilə Qubada keçirlən “Tullantı ovu” adlı təmizlik aksiyasının da məqsədi bu oldu. Rayonun İspik meşəsində geniş bir ərazidə təşkil edilən aksiyada İspik İƏD-nin nümayəndəsi və bələdiyyəsi, İspik Kəmd tam orta məktəbinin müəllim və şagird kollektivi, eləcə də ADPU-nin Quba filalının bir qurup tələbə və müəllimləri, Azərbaycanın beynəlxalq səviyyədə tanınan pəhləvanı Laçın pəhləvan və digər təbiət sevərlər iştirak etdilər.

Təmizlik aksiyası haqqında yeniyetmə və gənclərə bilgi verən “Çölçü” İB-nin rəhbəri Eltən Törəçi tullantılara qarşı açılan savaşın 44-günlük Vətən Müharibəsinin 2-ci il dönümünə təsadüf etməsinin səbəbi və önəmi ilə bağlı bilgi verərək, vurğuladı ki, bu gün əsgərlərimiz səngərlərdə torpaqlaırmızın keşiyində dayanıblarsa, bizim də vətən qarşısında borcumuz hər qarışına canımızı qurban etməyə hazır olduğumuz torpaqlarımızın tullantılarla çirkləndiriıməsinə yol verməməliyik. Eyni zamnda torpağa düşən və uzun illər çürümədən torpaqda qalan tullantıların yola aça biıəcəkləri təbii fəlakətlərlə də bağlı tələbə və məktəblilərə bilgiıər verildi, onların fikirləri öyrənildi.

Aksiya iştirakçılarına əlcəklər, maskalar və tullantıların toplanması üçün xüsusi torbalar verildikdən sonra “tullantı ovçuları” işə başlayıb, böyük bir ərazini tullantılardan təmizlədilər. Topalanan tullantılar Təmiz Quba Mənzil-Kommunal Təsərrüfat Birliyinin ayırdığı xüsusi maşına yığılaraq utilizasiya olunacaq yerə daşındı.