Burak Özçivit yeni serial üçün Azərbaycandan onu seçdi – FOTO

Yeni mövsümdən etibarən Türkiyənin ATV kanalında yayımlanması planlaşdırılan “Diriliş Osman” serialının çəkilişlərinə start verilib.

Yenicag.az xəbər verir ki, serialda baş rolu məşhur aktyor Burak Özçivit canlandıracaq.

Yaraşıqlı aktyor bu rol üçün artıq uzun müddətdir ki, hazırlıqlara başlayıb. Özçivit bir il boyunca at minmə, döyüş, qılıncoynatma və tarix dərsləri alıb.

Qeyd edək ki, aktyorun döyüş səhnələri üzrə məşqçisi azərbaycanlı müəllim Rahim Muradovdur.