!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Buraxılış imtahanının çətinliyi, şagirdlərin şikayətləri: “Vaxt itkisi olduğuna görə...” – TƏHSİL EKSPERTİ

!Reklam – Yazi

Dünən Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış imtahanı keçirilib. Lakin imtahan başa çatdıqdan sonra abituriyentlərin və repetitorların çoxu sosial şəbəkələrdə müxtəlif şikayətlər paylaşıb. Belə ki, onlar mətnlərin həcminin çox uzun olması, riyaziyyat fənnindən olan sualların çətin həll edilməsi və ana dili ingilis dili olmayan bir ölkə üçün xarici dil suallarının qəlizləşdirilməsi ilə bağlı müxtəlif paylaşımlar edib.

Bu məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, imtahandakı ən böyük problem riyaziyyat fənnindən düşən bir sualın səhv olması olub:

“Bir sualın səhv olması və mətnlərin geniş həcmliliyi şagirdlərin vaxtını alıb. Sınaq imtahanlarında yüksək bal yığan abituriyentlərin buraxılış imtahanında zəif nəticə göstərməsi bununla əlaqələndirilə bilər. Azərbaycan dili və ingilis dili asan olub, yalnız mətnlər çətinləşdirilmişdi. Ən çətin fənn riyaziyyat idi. Ümid edirəm ki, gələcək imtahanlarda DİM bu amilləri nəzərə alacaq. Hər şagirdin bilik bazası eyni olmur. Elə abituriyent var ki, ona 3 saat bəs eləmir. Buna görə də elə suallar hazırlamaq lazımdır ki, şagirdlərin kifayət qədər vaxt olsun”.

E. Əfəndi bildirib ki, texniki səhv hesab edilən suallara görə isə bal itirilmir:

“İmtahana salınmış suallardan hansısa səhv olsa, bu abituriyentlərin xeyrinə hesablanır. Keçmiş dövrlərdə biz buna şahid olmuşuq. Ekspert qrupları və mütəxəssislər həmin suallarla bağlı araşdırma aparır. Əgər sual səhvdirsə, aprel ayında nəticələr çıxanda görəcəyik ki, şagird o suala görə bal itirməyib”.

Şahanə Paşa

www.yenicag.az

14246
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv