!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Buraxılış imtahanlarında DƏYİŞİKLİK: Nazirliyin qərarı kimin xeyrinə olacaq? – Ekspertdən CAVAB

!Reklam – Yazi

“Yeni qərar 9-cu sinifdən kolleclərə qəbul olmaq istəyənlərin keçid ballarına müsbət təsir edəcək”.

Bunu 2021-ci ildə 9-cu siniflər üzrə buraxılış imtahanlarının yeni imtahan modeli əsasında bir mərhələdə həyata keçiriləcəyi ilə bağlı dəyişikliyə münasibət bildirən təhsil ekpserti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, nəzərdə tutulan dəyişiklik şagirdlər üçün daha əlverişli imkan yaradacaq:

“Yeni qərara əsasən, sırf pandemiya dövründə 9-cu siniflər üzrə buraxılış imtahanları bir mərhələdən ibarət olacaq. İmtahanların təşkilində və həyata keçirilməsində şagirdlərə həm açıq, həm də qapalı tipli tapşırıqlar təqdim olunacaq.

Əvvəllər suallarda açıq yazılı tapşırıqlar verilirdi. Hansı ki, şagirdlər onları əl yazısı şəklində cavablandırırdılar və marker müəllimlər cavabları yoxlayaraq qiymətləndirmə aparırdılar. Təbii ki, bu proses cavabların bir qədər gec elan olunmasına səbəb olurdu.

Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi bu vəziyyəti nəzərə alaraq, imtahanların yeni qaydada keçirilməsinə qərar verib. Bu dəyişiklik şagirdlər üçün daha əlverişli imkan yaradır. Onlar sualları doğru şəkildə cavablandıra bilər, səhv yazdıqları suallar isə ballarına təsir etməz.

Çünki şagirdlərin açıq yazılı sualları cavablandırmaqda müəyyən çətinlik yaşadıqları məlumdur. Hesab edirəm ki, yeni qərar 9 illikdən kolleclərə qəbul olmaq istəyənlərin keçid ballarına müsbət təsir göstərəcək”.

Gülşən Şərif

www.yenicag.az

509
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv