Qoç – narahat, qarışıq, laübəli gündür. Səbrli və təmkinli olsanız, tərəfdaşlarınızla həmkarlarınızın rəğbətini qazana bilərsiniz. Praktiki məsələlər indi ön planda olmalıdır. Bəzi planlar və layihələrə yenidən baxmaq zamanıdır.
Şəraiti dəyərləndirin. Mümkün dəyişikliklərin verə biləcəyi üstünlüklər və problemləri təxminləyin. İstənilən məsələnin qapalı yönlərini hesablayın. Yalnız imkanlarınızı dəyərləndirəndən sonra məqsədə doğru irəliləyin.
İnformasiya mübadiləsindən çəkinməyin, yazışın, məsləhət alın.
Rasionu qaydaya salın.
Buğa – ambisiyalarınız və maliyyə gözləntiləriniz ciddi narazılığa səbəb ola bilər. Bunun səbəbi rəqabətin güclənməsi və işgüzar münasibətlərə şəxsi maraqların qarışmasıdır. Kompromis tapmaq, ambisioz adamı sakitləşdirmək, emosiyasız davranmaq çətindir.
Məqsəd əlçatmaz olduğundan yeni orientirlər seçin. Sizi çoxdan maraqlandıran suala cavab tapılacaq ki, bu da sonrakı hadisələrin inkişafının açarıdır.
Emosional münasibətlərdə soyuma olacaq. Praqmat olun. Praktiki məsələləri həll etməyə çalışın. Səhhətinizə fikir verin.
Əkizlər – gördüyünüz işin maraqlı olmasına çalışın. İşlər çoxdur, proseslər ləng inkişaf edir. Həmişəki vaxtlardan fərqli olaraq nəticələri daha çox gözləməli olacaqsınız. Bir qədər istirahət etmək, tempi aşağı salmaq, hadisələri nəzarətdən çıxarmaq meyllərinə aldanmayın. Belədə daha çevik və qıvraq rəqib sizi qabaqlayacaq.
Mühüm danışıqları planlaşdırmayın. İstənilən müzakirə emosional olacaq. Prosesə cəlb olunmuş bütün tərəfləri razı salacaq varianta nail olmaq çətindir.
İşdə daha çox qalmağa, evə gecikməyə hazır olun.
Yardıma ehtiyacı olana kömək edin.
Axşam saatlarında aktiv istirahəti seçin.
Xərçəng – fəaliyyət müstəvisində maneələrin yarandığını hiss edəndə təmkinli olun, hadisələri süni şəkildə sürətləndirməyə çalışmayın. Rəğbət bəslədiyiniz insan sizdən uzaqlaşa bilər. Sirr saxlanan məqamları və şərtləri aşkarlayan münasibətlərin müzakirəsi vidalaşmaya, əməkdaşlığın dayandırılmasına səbəb olmasın. Əldə edilən nəticəni qoruyun. Təşəbbüsünüzə rəqiblərin yiyələnməsinə imkan verməyin.
Ailə üzvlərinizin daha həssas, daha qayğıkeş yanaşmaya ehtiyacları var. Onların maraqları və istəklərini qulaqardına vurmayın. Münasibətlərdə gözə dəyən yeni təfərrüatlar yeni davranış modelini formalaşdırır.
Səhhətinizə və xarici görkəminizə fikir verin.
Şir – yaxın günlərin təməlinin qoyulduğu vaxtdır. Uzunmüddətli perspektivlərinizə əhəmiyyətli təsir göstərə biləcək önəmli zamandır.
Hansısa məsələdə uğursuzluğa düçar olmaq, planları reallaşdırmaq imkanlarını itirmək, situasiyanın mənfi təsirini və yad insanların müdaxiləsini hiss etmək riski var.
Tələsməyin, aramla davranın. Yaxın ətrafınızdakı insanların nəyə qadir olduqlarını anlamağa çalışın. Səhhətinizə fikir verin, özünüzü stressə düçar etməyin.
Axşam saatlarında günün olaylarını təhlil edin. Bilik və təcrübəyə əsaslanan məsləhətləri qulaqardına vurmayın.
Qız – çox məsuliyyətli gündür. Önəmsiz saydığınız məsələ diqqətli yanaşma tələb edir. Məsələlərin kökünə baxın. Cari uğur və uğursuzluqları dəyərləndirməyə çox vaxt ayırmayın. Baş verənlər xüsusi əhəmiyyət daşıyır. Əmək, səy və səbr nəticəsində yaxşı nəticələr əldə edəcəksiniz.
Yeni faydalı ideyalar formalaşa bilər. Yaşam arealının rekonstruksiyasına başlayın. Münasibətlərdə sayıq olun. Əməkdaşlığı yeni istiqamətə yönləndirmək imkanları yaranır.
Axşam saatlarında impulsiv, emosional olmayın.
Tərəzi – baş verənləri diqqətlə müşahidə edin. Niyyətlərinizi səbatlı edin, imkanlardan effektiv yararlanın. Hadisələr, əhval, əməllər, insanların niyyətləri – hamısının önəmi var. Ünsiyyətin ab-havasını yaxşılaşdırın. Əyləncə və istirahəti hələlik unudun. Gərəkli informasiyanı arayın. Lazımi istiqamətdə hərəkət edin.
Axşam saatlarına yaxın gərginlik artacaq. Münasibətləri aydınlaşdırmağa çalışsanız, ciddi münaqişələr, tarazlığın pozulması, ünsiyyətdə sərinləşmə olar.
Gərəksiz əşyalar və mənasız gözləntilərdən qurtulun.
Əqrəb – hadisələrin axarı sizi kamına alacaq. Yığılan problemləri həll edin, gərəkli instansiyalara baş çəkin. Perspektivdə sizin üçün önəmli ola biləcək mövzularla bağlı müzakirələr aparın. Çətinlikləri, reallaşmayan arzuları və planları ciddi dəyərləndirin. Yeni fəaliyyət planı hazırlayın.
Qərarlarınızda qətiyyətli olun. Emosiyaların təsirində olmayın.
Başqasının işinə, vaxtına və ya niyyətinə müdaxilə etməyin. Problemlərin həllinə yaradıcı yanaşın. Qərarlarınızın orijinal olmasına çalışın.
Şəxsi münasibətlərdə mühüm məsələnin həllini təxirə salmayın.
Oxatan – yeni ayın təmayülləri formalaşır. Müvazinətin həssas olduğu məkanda və zamanda təzyiqə əl atmayın. Situasiyadan yararlanın, səylərinizi faydalı və ya sağlam məcraya yönəldin. Sizə mane olmağa çalışanlarla sayıq davranın. Vaxt udmağa, gərəkli saydığınız işlə məşğul olmaq üçün imkanlar əldə etməyə çalışın.
Məqsədə doğru qətiyyətlə hərəkət edin. Yaşam sizi bir neçə variant arasında seçim məcburiyyəti qarşısında qoyacaq.
Səhhətinizə fikir verin. Xroniki ağrıların kəskinləşməsi mümkündür.
Oğlaq – sizi maraqlandıran işə yaxın ətrafınızdakı insanları cəlb etmək fikrindən vaz keçin. Təlaş və tələskənlikdə özünüzü narahat hiss edəcəksiniz. Kimsə sizin emosiyalarınızı, təmkininizi yoxlamaq fikrinə düşəcək.
Problemi həll edərkən yardım istəməkdən çəkinməyin. Sizdən asılı olmayan fors-major nəticəsində sıradan çıxan və ya təcili səylər tələb edən obyekti qaydaya salın.
Axşam saatlarında yeni xəbərlər alacaqsınız. Sizin yardım və dəstəyinizə ehtiyacı olan insan var. Özünüzü həddən ziyadə yormayın.
Təhlükəsiz istirahəti seçin.
Dolça – günü planlaşdırmaq çətindir. İşdə rəhbərliklə ünsiyyətin nəticəsi tapşırıqların və qayğıların sayının artmasıdır. Səbrli, diqqətli olun. İşi tez bitirmək əvəzinə, keyfiyyətlə başa vurmağı düşünün. Peşəkar fəaliyyət və yaşam areallarında qayda yaradın.
Ailə qayğıları işdə aldığınız tapşırıqlarla ziddiyyət yarada bilər. Səy göstərin, amma imkanlarınızdan artığını düşünməyin. Tempi bir qədər aşağı salın, istirahət edin. Ailənin yaşlı üzvlərindən biri ilə münaqişə yaratmayın. Yaşamınızda problem saydığınız məqamları çözün. Səhhətinizə fikir verin, təhlükəsizliyinizi təhdid edə biləcək addımlar atmayın.
Alış-verişi təxirə salın.
Balıqlar – maddi məsələlərin ön planda olduğu, diqqət və səbr tələb edən gündür. İşdə rəhbərliyin, işdən kənarda isə rəsmi strukturların və ümumiyyətlə, müxtəlif şəxslərin təzyiqinə məruz qalacaqsınız. Soyuqqanlı olun.
Sözlər və əməllər ciddi əhəmiyyət kəsb edir.
Qətiyyət və güc tələb olunan işlərdə uğur əldə edəcəksiniz. Bir işə üstünlük verin, onu sona çatdırın. Müəyyənliyə nail olun. Yaxın ətrafınızdakı insanlarla sıx əməkdaşlıqda olun.
Müstəqil həll edə bilmədiyiniz problemi çözmək üçün əlaqalərinizdən, dostların yardımlarından yararlanın.
Axşam saatlarında aktivliyi azaldın. Maraqlı, amma təhlükəsiz istirahət variantlarını seçin.
Milli.Az