Burkina-Fasoda 28 kişinin cəsədi tapıldı

Burkina-Fasonun şimal-qərbindəki Nuna şəhərində odlu silahdan öldürülən 28 kişinin cəsədi aşkarlanıb.

Yenicag.az xəbər verir ki, cəsədlər dekabrın 30 və 31-də tapılıb. Prokurorluqdan qeyd edilib ki, qətllə bağlı istintaq başlayıb.

Baş verənlərin təfərrüatları açıqlanmayıb.