Burkina-Fasoda son sutkada 22 nəfər öldürüldü

Burkina-Fasoda radikal qruplaşmaların silahlılarının iki hücumu nəticəsində 20-si könüllü olmaqla azı 22 nəfər həlak olub.

Yenicag.az xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) Afrika ölkəsinin təhlükəsizlik xidmətlərinə istinadən məlumat yayıb.

Hücumlar iyulun 7-də ölkənin şərqində və şimalında baş verib.

Burkina-Faso son illərdə Qərbi Afrikadakı radikal dini qrupların terror fəaliyyətinin ocağına çevrilib.