Burkino Fasoda islamçı qruplar 8 şəxsi öldürdü

Burkino Fasoda islamçı silahlı dəstələrin etdiyi hücumlar nəticəsində biri hərbçi olmaqla 8 nəfər öldürülüb.

Yenicag.az xəbər verir ki, bu barədə “France Presse” agentliyi yerli hakimiyyət orqanlarına istinadən yazıb.

Məlumata görə, ilk hücum ölkənin şimalındakı Bam vilayətində qeydə alınıb. Nəticədə yeddi nəfər qətlə yetirilib.

İkinci hadisə həmin gün Sum vilayətində baş verib. İslamçı silahlı dəstələrin hərbçilərə etdiyi hücum nəticəsində bir nəfər ölüb./Report/