Festivala Türkiyədən və dünyanın həryerindən usta fotoqraflar dəvət olunub.
Festivalda Azərbaycandan, Şimali Kipr Türk Respublikasından, Bosniya-Hersoqovinadan, Kosovodan, Macarıstandan və ölkənin hər bircoğrafiyasından fotoqraflar öz əsərləri ilə qonaq olub.
Türkiyənin ən böyük festivallarından biri olan Bursa Foto Festin hədəfi türk və dünya fotoqrafiyasını Bursada bir araya gətirməkdi. Bursa Foto Fest bu ilki Festival Türkiyə Cumhuriyyətinin yaranmasına həsr olunub.
Cumhuriyyətimizin 100.İlində “Yüzilin İzləri” mövzusunda keçirilən festivala Azərbaycandan Beynəlxalq dərəcəli fotoqraf, Azərbaycan Fotoqrafları Birliyinin təftiş komisiyasının sədri Fərqanə Qasımlı dəvət olunub. Sərgidə 2020-ci il ikinci Qarabağ müharibəsində qazanılan zəfər günündə çəkilən fotolar “Zəfər günü”adı ilə sərgilənib.
Bursa Foto Festin açılış mərasimi noyabırın 3-ü keçirilib. Açılış mərasiminə Bursa millət vəkili Emine Yavuz Gözkeç və tanımış simalar qatılıb. Festival noyabrın 12-nə kimi Merinos AKKM –də (Atatürk Mədəniyyət Konqres Mərkəzi ) davam edəcək.