Türkiyənin “Bursaspor” klubu Azərbaycan millisinin hücumçusu Dəniz Yılmazla yollarını ayırıb.
Yenicag.az xəbər verir ki, bu barədə Bursa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 29 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Xatırladaq ki, 29 yaşlı futbolçu 2016-cı ildən “Bursaspor”un uğurları üçün çalışırdı. 2016-cı ildən millimizə cəlb edilən Dəniz, 2 oyunda yığmamızın şərəfini qoruyub.
Hücumçunun Türkiyənin “Gənclərbirliyi” klubuna keçməsi gözlənilir.