“Bursaspor” Prosineçki ilə danışıqlar aparır – Klub prezidenti açıqlandı

Xəbər verdiyimiz kimi, Türkiyənin “Bursaspor” klubu Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin xidmətində maraqlıdır.

Yenicag.az-ın məlumatına görə, bunu açıqlamasında klub prezidenti Ali Ay da təsdiqləyib.

“Prosineçki ilə bağlı görüşlər davam edir. Ancaq imza atmamışıq deyə, o, bizim məşqçimiz deyil. Danışıqlar aparılır. Bu işlə şəxsən özüm məşğul oluram” deyə, klub rəhbəri bildirib.

Yenicag.az