Burun axması koronavirusa işarə edə bilərmi?

Mütəxəssislərin müşahidələrinə görə, burun axması (zökəm) çox nadir hallarda koronavirusun simptomu kimi meydana çıxır. Əgər sizdə yalnız zökəm varsa və qızdırma qalxmırsa bu yüngül soyuqdəymə və ya allergiyaya işarə edə bilər.

Əksinə isə burun tutulması daha tez-tez koronavirusun simptomu olur.

Yenicag.az xəbər verir ki, alimlərin müşahidələrinə görə, koronavirusa yoluxma məhz burun boşluğundan baş verir. Koronavirus qan-damar sisteminə ciddi təsir edir ki, nəticədə burun kapilyarları iltihablaşır, şişir və burun tutulur.

Əgər burun tutulması ilə yanaşı xəstədə quru öskürək, bədəndə ağrılar, qızdırma, baş ağrısı, diareya, qoxu və dadbilmənin itməsi, təngənəfəslik, güclü zəiflik kimi simptomlar əmələ gəlibsə, bu koronavirusa yoluxmaya işarə edə bilər./Saglamolun.az/