!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Burxan-Orxan əlbirliyi: 63 minlik oğurluğun istintaqı başa çatdı - FOTO

!Reklam – Yazi

Bakıda obyektdən oğurluq etməkdə təqsirləndirilən Burxan Əliyev və tanışı Orxan Əliəkbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Yenicag.az xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Siyavuş Hacıyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə bu ilin yanvarında paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, zərərçəkmiş polisə müraciət edərək naməlum şəxslərin obyektə daxil olduğunu və xəzinədarın otağından içərisində 63 min manat olan seyfin oğurlandığını bildirib.

Nərimanov Rayon Polis İdarəsinin və 17-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən B.Əliyev və tanışı O.Əliəkbərov saxlanılıblar.

Onlar ifadələrində törətdikləri hadisəni etiraf ediblər.

Bu şəxslərdən oğurladıqları pulun bir hissəsi aşkar olunaraq maddi sübut kimi götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, həmin obyektdən oğurluq etməyi B.Əliyev təklif edib. Onlar oğurladıqları seyfi Mehdiabad qəsəbəsinə – B.Əliyevin evinə apararaq orada sındırıblar.

Saxlanılan şəxslərin etdikləri oğurluq təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.

Faktla bağlı B.Əliyev və tanışı O.Əliəkbərova qarşı 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb./Report/

www.yenicag.az

277
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv