Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Bütün azərbaycanlıları Türkiyəyə dəvət edirik" - Murat Karaçanta

Reklam: High Technic

“Yataq sayını artırdıqdan sonra hədəfimiz ildə 4 milyon turist qəbul etməkdir”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Türkiyə Mədəniyyət və Turzim Nazirliyinin dəvəti və nazirlik nəzdində fəaliyyət göstərən Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə bu ölkədə işgüzar səfərdə olan azərbaycanlı jurnalistlərlə bir araya gələn İzmir Mədəniyyət və Turizm Müdiri Murat Karaçanta səsləndirib.

Murat Karaçanta qeyd edib ki, İzmirdə həyata keçirilən yeni layihələrlə şəhərə gələn turist sayını artırmaq planlaşdırılır:

“Hal-hazırda 100 min turisti qonaq edə biləcək tutuma malik layihənin həyata keçirilməsi davam edir. Turizm naziri də ayda bir neçə dəfə gəlib işlərin necə getdiyini yoxlayır. İnşallah, yataq sayını artırdıqdan sonra hədəfimiz ildə 4 milyon turist qəbul etməkdir. 2020-cinildə bu rəqəmin 2 milyona çatdırılmasını planlayırdıq, ancaq pandemiyaya görə 80 faiz azalma müşahidə edildi. Lakin dünyadakı rəqiblərimizə baxdıqda yenə də öndə olduğumuzu görürük. Türkiyə 2020-ci ildə 16 milyon turist qəbul edib. Builki hədəfimiz isə ölkə üzrə 30 milyondan çox turist qəbul etməkdir. Qiymət fərqi isə təkcə İzmirlə deyil, dünya ilə müqayisədə çox münasibdir.

Təbii, Azərbaycanın da təbiəti çox gözəldir. Mən doğma Azərbaycanı çox sevirəm. Bütün azərbaycanlıları Türkiyəyə dəvət edirik”.

Aqil Bəkir / İzmir

Loading...

www.yenicag.az

272