!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bütün bunlar onu deməyə əsas verir ki, bu qətldə FETÖ izi var” – Politoloq

!Reklam – Yazi

“Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli ilə bağlı müxtəlif mülahizələr irəli sürülür. Əlbəttə ki, qəti söz demək üçün təhqiqat aparmaq lazımdır”.

Bu sözləri Yenicag.az-a danışarkən politoloq İlqar Vəlizadə deyib.

“Faktlar onu göstərir ki, bu qətli törədən şəxs keçmiş polis işçisi olub və FETÖ-çularla əlaqəsinə görə tutduğu vəzifədən kənarlaşdırılıb. Hər halda səfirin qətli ilə bağlı yayılan versiyalarda da FETÖ-nun əl izinin olması öz doğruluğunu təsdiq edir. Eyni zamanda törədilmiş qətl onu göstərir ki, bu, hazırlanmış qətldir və heç də plansız sui-qəsdə oxşamır”.

Onu da qeyd edim ki, qətlin törədilməsini təşkil edən nüfuzlu şəxslər səfirin harada çıxış etməsinə qədər məlumatları toplayıb, sonra isə sui-qəsdi təşkil ediblər:

“Hətta onların qurduğu planda səfirə necə yaxınlaşmaq dəqiqliklə cızılıb. Bütün bunlar onu deməyə əsas verir ki, bu qətldə FETÖ izi var. Hətta Türkiyədə təşkil edilən son çevriliş cəhdində aydın görünür ki, FETÖ-çular Rusiyaya qarşı plan cızır və onun əksinə gedirlər. Çünki çevriliş cəhdinin qarşısını almaqda Rusiyanın vədi vardı. Yəni FETÖ-çuların təşkil etdikləri bütün sui-qəsdlər bir qisasdır”.

O, bu gün Rusiya Xarici İşlər Nazirliyində çalışan yüksək vəzifəli diplomatın öldürülməsi məsləsinə də toxunub:

“Rusiyanın xarici siyasətinə qarşı çıxan qüvvələr kifayət qədər nüfuzlu qüvvələrdir. Onlar hal-hazırda Rusiyanın apardığı siyasətə qarşı çıxaraq hər cür addım atmağa hazırdırlar”.

Qeyd edək ki, dünən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova qarşı sui-qəsd edilib. Bu gün isə Rusiya Xarici İşlər Nazirliyində çalışan yüksək vəzifəli diplomat öldürülüb.

Gülnarə Eynullaqızı
Yenicag.Az

www.yenicag.az

706
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv